Biz kimik

"ABAKONS" 17 ildir uğurlu fəaliyyətdədir.

"ABAKONS" Azərbaycanda yerləşən yerli və xarici şirkətlərə məsləhət xidmətləri göstərmək üçün 1997-ci ildə Bakıda fəaliyyətə başlamışdır.

​Şirkət Asiya Bankının Nazirlər Kabinetində çalışanlara layihələrin qiymətləndirilməsi üzrə treninq keçirilməsi üçün elan edilmiş beynəlxalq tenderin qalibidir.

"ABAKONS" müştərilərin hər hansı tələbini yerinə yetirməyə qadir olmaq üçün öz xidmətlər portfelini tədriclə genişləndirir və hal-hazırda konsaltinq, qiymətləndirmə, İT, marketinq və s. xidmətləri göstərir.

"ABAKONS" Azərbaycanın aparıcı qiymətləndirmə və məsləhət şirkətlərindən biridir. 1999-cu ildən etibarən qiymətləndirmə fəaliyyətini həyata keçirir. Bu fəaliyyətin lisenziyalaşdırıldığı dövrdə müəssisə müvafiq xidmətlər göstərmək üçün iki lisenziya almışdır. Müəssisə öz fəaliyyətində Beynəlxalq Qiymətləndirmə Standartlarını, qüvvədə olan qanunvericilik aktlarını və əmlakın qiymətləndirilməsi üzrə mövcud elmi-praktiki üsulları rəhbər tutur.

Bizi fərqləndirən nədir?

Biz sizin arzu etdiyiniz nəticəni təmin edəcək xidmətlərin geniş çeşidini təklif edirik. Biz təkcə parlaq zəkaya deyil, həm də real təcrübəyə və səriştəyə üstünlük veririk. Son 10 il ərzində biz düzgün və etibarlı nəticələr təqdim edərək dəfələrlə öz üstünlüklərimizi sübut etmişik.

Təcrübə

ABAKONS-un bütün profesionalları qiymətləndirmə sahəsində yüksək səriştəsi və təcrübəsi olan şəxslərdir. Bizim komandamızın müştərilər üçün düzgün qərarları əsaslandırmaq təcrübəsi, bacarığı və perspektivi var.