“ABAKONS"

"ABAKONS" keçmiş adı (MAK Azərbaycan Ltd) şirkəti Azərbaycanda bir sıra dövlət və özəl təşkilatlara qiymətləndirmə xidməti göstərir. Müəssisənin xidmətlərindən istifadə etmiş dövlət təşkilatları sırasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İpoteka Fondu, Daxili İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və məhkəmələr vardır. Bundan əlavə, “ABAKONS" şirkətinin qiymətləndirmə xidmətlərindən «AKKORD» Şirkətlər Qrupu, «MKT», «LUKОYL-Azərbaycan», «AZЕL», «ЕURОPIAN TОBACCО», «AZЕRSUN HОLDINQ», «QОRQUD HОLDINQ», «BISMAK», «MILK Pro» MMC, «Toyota Bakı Mərkəzi», «Mc.Donalds» və s. özəl şirkətlər istifadə еdirlər.

Hal-hazırda Azərbaycanda Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə qiymətləndiricilərin Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun sertifikatlaşdırılması prosesi gedir. Bu günə qədər Beynəlxalq Standartlara uyğunluq sertifikatını yalnız 14 şəxs ala bilmişdir. Şirkətin ekspertlərindən üçü Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin müvafiq sertifikatını almışlar.

Şirkətin qiymətləndirmə xidmətləri üzrə müştəri profili:

Banklar və lizinq şirkətləri:


✔ Girovların qiymətləndirilməsi;

✔ Mühasibat uçotu məqsədləri üçün aktivlərin bazar dəyərinin müəyyən edilməsi.

Sığorta şirkətləri:

✔ Zərərin qiymətləndirilməsi;

✔ Sığortalanan aktivlərin dəyərinin müəyyən edilməsi;

✔ Mühasibat uçotu məqsədləri üçün aktivlərin, o cümlədən qeyri-maddi aktivlərin bazar dəyərinin müəyyən edilməsi.

Sənaye və tikinti müəssisələri:

✔ Mühasibat uçotu məqsədləri üçün aktivlərin bazar dəyərinin müəyyən edilməsi;

✔ Brend qiymətləndirilməsi;

✔ Ətraf mühitə təsirin qiymətləndirilməsi.

Fiziki şəxslər:

✔ Biznes partnyorlarının payının qiymətləndirilməsi və müəyyən edilməsi;

✔ İpoteka krediti almaq üçün mənzillərin qiymətləndirilməsi;

✔ Xarici səfərlər üçün tələb olunan əmlak təminatının verilməsi üçün qiymətləndirmə;

✔ Girovların qiymətləndirilməsi;

✔ Dəymiş ziyanın və itirilmiş gəlirlərin qiymətləndirilməsi;

✔ Aktivlərin qiymətləndirilməsi.